Son yeniləmə: 21 Dekabr 2021 16:34
Bayraqdar.info – Dekabrın 17-də Heydər Əliyev Sarayında söz ustadının “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşasının təqdimatı da “Nizami ili”nin unudulmaz tədbirlərindən keçirilib.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, səhnə işi Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar hazırlanıb. Rəsmilər, elm və mədəniyyət xadimləri, yüzlərlə saz-söz həvəskarı Leyli və Məcnunun nisgilli taleyinə işıq salan tamaşanı izləməyə gəlib.
“Dastan-tamaşanın nümayişindən öncə səhnəyə çıxan Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək səhnə işinin ərsəyə gəlməsi barədə danışıb.
“Daha sonra “Leyli və Məcnun” dastan-tamaşası nümayiş olunub. Aşıqlar həvalə olunmuş obrazları yüksək səviyyədə canladırıblar.
“Dastan-tamaşanın ssenari müəllifləri AAB-nin sədri, professor Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır”, – deyə xəbərdə bildirilir.