Press "Enter" to skip to content

İstanbul metrosunun rəhbəri Bakıda

Bakı Metropoliteni

Son yeniləmə: 21 Dekabr 2021 15:49

Bayraqdar.info – İstanbul Metropoliteninin, dəmiryol və metro texnologiyaları sahəsində böyük uğurlar qazanan “Aselsan” şirkətinin rəhbər heyətləri geniş tərkibdə “Bakı Metropoliteni” QSC-də işgüzar səfərdə olublar. Bu səfər 2021-ci il Bakı və İstanbul metropolitenlərinin qarşılıqlı əməkdaşlığının inkişafında xüsusi yer tutacaq. Görüşlərdə Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Mirzəzadə də iştirak edib.

Metropolitendən dekabrın 21-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Metropoliten rəhbərliyi və qonaqlar Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri düzüblər.

“Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. “20 Yanvar” tarixinin metropolitençi şəhidləri İlqar Qarayev və Əflatun Kazımov haqqında qonaqlara məlumat təqdim edilib. Şəhidlər Xiyabanında 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin abidəsi də ziyarət olunub, gül dəstələri düzülüb.

“Metropolitendə qonaqları salamlayan Cəmiyyətin sədri Zaur Hüseynov İstanbul metrosunun rəhbəri Özgür Soyu Bakıda növbəti dəfə qarşılamaqdan məmnunluğunu ifadə edib.

Bakı Metropoliteni

“Görüş zamanı qonaqlara Bakı metrosu və texnoloji yeniliklər barədə geniş təqdimat keçirilib. Təlim-tədris mərkəzi ilə tanışlıq zamanı sahənin akademik səviyyədə fəaliyyətindən məmnunluğunu ifadə edən Özgür Soy ilk səfərdən sonra İstanbul Metropolitenində tədris mərkəzinin qurulması zamanı bakılı həmkarlarının təcrübəsinin öyrənilməsi barədə qərar verildiyini bildirib. QSC sədri bu məsələdə bütün məlumatların təqdim ediləcəyini və köməyin göstəriləcəyini vurğulayıb.

“Metropolitenlə ətraflı tanışlıq “Nərimanov” elektrik deposunda unikal layihə əsasında inşa olunmuş dispetçer mərkəzləşmə məntəqəsi, videomüşahidə, işarəvermə avadanlıqları sahələri ilə davam edib. Qatarların depo ərazisində hərəkətinin təşkilinin yeni sistemləri barədə məlumat təqdim olunub. Vaqonların cari və əsaslı, habelə yeni inşa olunmuş elektrik mühərriklərinin təmiri sahələrindəki yeniliklər qonaqlara göstərilib.

“Daha sonra qonaqlara sovet dövründə inşa olunmuş Qırmızı və Yaşıl xətlər barədə məlumat verilib. Bənövşəyi xətt və tətbiq ediən yeni texnologiyalar və bu xüsusda “Aselsan” şirkəti ilə geniş əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.