Press "Enter" to skip to content

Fermerlər zəruri avadanlıqla təmin edilib – İNAM KƏRİMOV

Son yeniləmə: 21 Dekabr 2021 14:06

Bayraqdar.info – Dekabrın 21-də Bakıda Aqrobiznesin İnkişafı Forumu işə başlayıb. Forumda Kənd təsərrüfatı naziri İnam Kərimov da iştirak edir.

Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, nazir fermerlərə müxtəlif vergi güzəştlərin tətbiq edildiyini, zəruri texnika və avadanlıqla təmin olunduqlarını bildirib. Bu da aqrar sahənin inkişafına təkan verən mühüm amillərdəndir. İ.Kərimov əlavə edib ki, cari ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı sahəsində məhsul ixracının 3,8 faiz artması bunun bariz göstəricisidir.

Forumda aqrobiznesin inkişafı, kənd təsərrüfatı məhsullarının emalı və ixracı istiqamətində müzakirələr aparılır.

Mission News Theme by Compete Themes.