Son yeniləmə: 21 Dekabr 2021 17:06
Bayraqdar.info – Cüdo üzrə Azərbaycanın böyüklərdən və gənclərdən ibarət milli komandaları Göygöldə təlim-məşq toplanışındadır.
Bu barədə dekabrın 21-də bayraqdar.info -ya Azərbaycan Cüdo Federasiyasından bildirilib. Dekabrın 12-də başlayan hazırlıq prosesi Göygöl Olimpiya Kompleksində keçirilir. Toplanış dekabrın 29-da başa çatacaq.
Hazırlıq prosesi yanvarın 28-30-da Portuqaliyanın Odivelas şəhərində keçiriləcək Qran-priyə və fevralın 5-6-da Fransanın paytaxtı Parisdə təşkil olunacaq Böyük Dəbilqəyə hazırlıq xarakteri daşıyır.