Press "Enter" to skip to content

Bakıya qar yağacaq

Bakıya qar yağacaq

Son yeniləmə: 21 Dekabr 2021 14:59

Bayraqdar.info – “Dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında sulu qar, qar yağacağı gözlənilir”.

Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva dekabrın 21-də telekanallara verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, adətən qışda soyuq hava kütlələri ölkə ərazisinə şimal-qərb, şimal və ya şimal-şərqdən, yəni Skandinaviya və ya Yeni Torpaq ərazilərindən daxil olaraq havanın xeyli soyumasına və qar yağmasına səbəb olur: “Bu dəfə Şərqi Sibir ərazisində temperaturun normadan 17 dərəcəyədək enməsinə səbəb olan anomal soyuq antisiklonun qolu, hava kütlələrinin adətən qərbdən şərqə axınının əksinə olaraq, şərqdən qərbə uzanaraq ayın 23-24-də bizim regiona çatacaq”.

U.Tağıyeva bildirir ki, temperatur rejiminin 8-10 dərəcəyədək enməsinə baxmayaraq, havanın temperaturunun müsbət 3 dərəcəyə yaxın olması davamlı qar örtüyünün yaranmasına imkan verməyəcək. Ölkənin dağlıq və dağətəyi rayonlarının əhalisi isə intensiv, bəzi yerlərdə isə güclü qarın yağması nəticəsində əmələ gələn qar örtüyünü müşahidə edə biləcək.

U.Tağıyeva dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmağı tövsiyə edib.

Mission News Theme by Compete Themes.