Press "Enter" to skip to content

“Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırıb

Son yeniləmə: 20 Dekabr 2021 16:42

Bayraqdar.info – “Nar”ın ənənəvi tərəfdaşlığı ilə keçirilən “Netty-2021” internet mükafatının qalibləri bəlli olub. Dekabrın 18-də keçirilən final tədbirində 6 əsas nominasiya üzrə 18 layihə və “Netty” Ekspertlər Şurasının seçimi ilə qalib olub.

Bu barədə bayraqdar.info-ya dekabrın 20-də verilən məlumatda deyilir: “Builki müsabiqədə 200-dən çox layihə “Dövlət və Cəmiyyət”, “Biznes və Maliyyə”, “Elm, Təhsil və İnnovasiya”, “Səhiyyə, İdman və Turizm”, “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” nominasiyaları üzrə müsabiqədə iştirak üçün müraciət edib.Bundan başqa, hər nominasiya 3 alt nominasiyadan ibarətdir. Qaliblər və onların seçim qaydaları barədə ətraflı məlumatı netty.az saytından əldə etmək olar.

Final mərasimində mükafatçıları təbrik edən “Azerfon” MMC-nin (“Nar”) İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib: “Nar” yüksək keyfiyyətli rabitə xidməti təqdim etməklə yanaşı, həm də yerli İKT bazarınıninkişafı istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu layihələrin əsas məqsədi, interneti daha faydalı etməklə, cəmiyyətə öz töhfəmizi verməkdir”.

2004-cü ildən təsis edilmiş Netty İnternet Mükafatı hər il qlobal şəbəkənin Azərbaycan seqmentində yaradılan layihələri qiymətləndirir və müxtəlif istiqamətlər üzrə mütəxəssislərin seçimi ilə ən yaxşıları mükafatlandırır. “Netty” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Azərbaycanda İKT sahəsinin tərəqqisinə yönələn koporativ sosial məsuliyyət (KSM) layihələrinin məntiqi davamıdır.

Ətraflı: nar.az/projects”.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkə ərazisinin 91faizini, əhalisinin 99 fazini əhatə edir. 8780-dan artıq baza stansiyası ilə Nar şəbəkəsi 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli mobil rabitə xidməti göstərir. 2017-ci ildə “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Mütləq Loyallığı İndeksinə (Net Promoter Score) əsasən, Nar 2019 və 2020-ci illərdə ardıcıl olaraq, ölkədə ən yaxşı mobil operator seçilib.

 

Mission News Theme by Compete Themes.