Son yeniləmə: 20 Dekabr 2021 12:12
Bayraqdar.info – Prezident İlham Əliyev “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Bu barədə məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
Fərmanla I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 50 manatdan 80 manata qədər artırılıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.