Press "Enter" to skip to content

Fars-molla rejimi uşağa türk adı verməyə qoymur

Alparslan

Son yeniləmə: 20 Dekabr 2021 09:36

Bayraqdar.info – İranda qeydiyyat idarəsi Alparslan türk adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verməkdən imtina edib.

“Azad İran” Telegram kanalının xəbərinə görə, iki aydır doğulan azərbaycanlı körpəyə doğum şəhadətnaməsi almaq mümkün olmayıb.

Azərbaycanlı körpənin atası Mustafa Əvəzpur qeydiyyat idarəsinin antitürk siyasətini tənqid edərək bildirib ki, uşağa Alparslan adı qoyduqları üçün hökumətin doğum şəhadətnaməsi verməməsi onları və övladlarını böyük problemlərlə qarşı-qarşıya qoyub. Belə ki, övladlarına peyvənd vurdurmağa və müalicə xidmətlərindən yararlanmağa imkan verilmir.

Əlavə edək ki, bir müddət öncə fars-molla rejimi başqa bir türk uşağına da Huntay adının verilməsini yasaqlamışdı.

İran rejimi türk adı almaq istəyən uşağa üç ildır kimlik vermir

Fars-molla rejiminin bu inadkar davranışı qarşısında Azərbaycan Respublikasında vətəndaşların öz övladlarına ərəb-fars adları qoymasını qeyd etməyə bilmərik. İran rejimi sözdə müsəlman dövləti olduğunu iddia etsə də hər addımda panfarsist siyasət yürüdür. O dərəcədə ki, türk balalarına türk adı qoymağı belə yasaqlayır. Halbuki biz Azərbaycan Respublikasında uşaqlara milli adlar qoyulması üçün çağırış edəndə əsasən də İran uzantısı olduğu şübhə doğurmayan ünsürlər tərəfindən qaralama kampaniyalarına məruz qalırıq. Buyurun, bəs niyə fars-molla rejimi hakim olduğu ölkədə türk adını yasaqlayanda yaxşı olur, biz isə müstəqil dövlətimizdə ərəb-fars deyil, türk adlarına üstünlük verməyə çağıranda pis?

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.