Press "Enter" to skip to content

Fəxri adlara görə təqaüdlər artırıldı – SƏRƏNCAM

Prezident Sərəncam verdi

Son yeniləmə: 20 Dekabr 2021 11:39

Bayraqdar.info – Prezident İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Məlumatı dekabrın 20-də Prezidentin Mətbuat xidməti yayıb.

Sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 150 manatdan 180-ə və 100 manatdan 120-yə çatdırılıb. Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Mission News Theme by Compete Themes.