Press "Enter" to skip to content

Daha 10 erməni qarşı tərəfə təhvil verilib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Son yeniləmə: 19 Dekabr 2021 21:56

Bayraqdar.info – Dekbarın 19-da Azərbaycandan 10 nəfər erməni əsilli hərbi qulluqçu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Təhvil verilən şəxslər noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar.

Məlumatı dekabrın 19-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Proses Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Brüsseldə Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq baş tutub.

Məlumatda qeyd edilir ki, humanizm prinsiplərinə daim sadiqliyini nümayiş etdirən Azərbaycanın 4 dekabr 2021-ci il tarixində qarşı tərəfə təhvil verdiyi 10 nəfər erməni əsilli hərbi qulluqçudan Ermənistan tərəfi sonradan dördünü həbs etmiş, altısına qarşı isə ittiham irəli sürmüşdür.

Mission News Theme by Compete Themes.