Bayraqdar.info – Türkiyə Avtomobil Təşəbbüs Qrupunun (TOGG) dekabrın 18-də sosial media hesabından “Saat 14.30-da görüşək” tweeti atılıb. Bəhs edilən vaxtda isə Türkiyənin ilk milli avtomobili TOGG-un loqosu ictimaiyyətə təqdim edilib.
Milliyet-in məlumatına görə, əqli və sənaye mülkiyyəti 100 faiz Türkiyəyə məxsus olan qlobal marka ortaya çıxarmaq və türk mobillik ekosisteminin nüvəsini yaratmaq məqsədi ilə yola çıxan TOGG yeni avtomobilin loqosu ilə də diqqət mərkəzində olacaq.
Loqo dizaynında iki ox birləşərək ortada qiymətli daş əmələ gətirir və Şərq və Qərbin birləşməsini simvollaşdırır. Logo, həmçinin TOGG-nin həyatı asanlaşdıran mobillik həlləri sayəsində texnologiya və insanları bu günün və sabahın kəsişməsində bir araya gətirən bir texnologiya şirkəti olduğunu vurğulayır.
Art;q Avropa İttifaqı, ABŞ, Çin, Rusiya, Azərbaycan, Türk Cümhuriyyətləri və Türkiyədə loqo üçün zəruri qeydiyyat prosedurlarına başlanılıb.
#SONDAKİKA | Yerli otomobilin logosu belli oldu https://t.co/IvH9BWmY7h pic.twitter.com/XfsqkMiaEV
— milliyet.com.tr (@milliyet) December 18, 2021