Press "Enter" to skip to content

Kəlbəcər və Laçında hərbi obyektlər – VİDEO

Müdafiə naziri hərbi hissədə

Son yeniləmə: 18 Dekabr 2021 12:19

Bayraqdar.info – Kəlbəcər və Laçın rayonlarında səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.

Məlumat bayraqdar.info-ya dekabrın 18-də Müdafiə Nazirliyindən daxil olub.

“Hərbi qulluqçuların yaşayış yeri ilə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə şəxsi heyət üçün lazımi şərait yaradılıb. Binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Binalar istilik, işıq və su xətləri ilə təmin olunub.

Müdafiə naziri hərbi hissədə

“Hərbi hissələrin avtomobil parkı ilə tanış olan müdafiə nazirinə bildirilib ki, alınan yeni tırtıllı və xizəkli texnika vasitələri ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.

Müdafiə naziri hərbi hissədə

“Döyüş hazırlığı planına uyğun olaraq keçirilən məşğələlərin gedişatını izləyən müdafiə nazirinə məruzə edilib ki, silahlanmaya yeni qəbul olunmuş texnikanın gücü ilə bölmələrin fəaliyyəti daha operativ olub.
Səfər zamanı yeni tikilmiş yeməkxananın da açılışı olub. Müasir avadanlıqla təchiz edilmiş mətbəx, hərbi qulluqçuların isti yeməklə qidalanmasını təmin edən personal üçün ayrıca istirahət otağı, ərzaq anbarları və digər sahələrdən ibarət yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.

Müdafiə naziri hərbi hissədə

“Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.