Press "Enter" to skip to content

“Utancaq qız”ın premyerası

Premyera

Son yeniləmə: 17 Dekabr 2021 17:06

Bayraqdar.info – Dekabrın 23-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası olacaq.

Bu barədə bayraqdar.info-ya dekabrın 17-də Teatrdan xəbər verilib.

Teatrdan bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

“Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı – müamiləçi obrazının ifaçısı Azərbaycanın və Kalmıkiyanın (RF) Əməkdar artisti, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Şövqi Hüseynov, səhnə və geyim üzrə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti isə Elməddin Dadaşovdur.

“Həyatın dərin qatlarındakı mənaları özündə birləşdirən monotamaşada zamanın qəddar qanunlarından törəyən müxtəlif  hadisələr bütün çılpaqlığı ilə göstərilir. Səhnə əsərində dünyaşöhrətli bəstəkar Alfred Şnitkenin “Uçuş” simfonik əsərindən istifadə olunub”, – deyə Teatrdan bildirilib.

Mission News Theme by Compete Themes.