Press "Enter" to skip to content

Terrorla mübarizədə ön sırada

Son yeniləmə: 17 Dekabr 2021 14:31

Bayraqdar.info – Türkiyədə yeni qurulan Terrorla Mübarizə və Vəzifə Qəhrəmanları Dərnəyi qısa zaman ərzində öz aktiv fəaliyyəti ilə seçilir. Ölkənin müxtəlif yerlərində görüşlər keçirən Dərnək təmsilçiləri bu dəfə də Kocaeli valisi Seddar Yavuzu ziyarət edib.

Bu barədə bayraqdar.info-ya özəl olaraq Dərnəyin Kocaeli şöbə başqanı Vedat Akbulut məlumat verib.

Bildirilib ki, ziyarətdə Dərnəyin Genel başqanı Qazi Emrullah Aktaş, Kocaeli şöbə başqanı Vedat Akbulut, İdarə Heyətnin üzvləri Vehbi Kıransal və Güvenç Gürsoy iştirak edib.

Görüşdə Qazi Emrullah Aktaş və Vedat Akbulut vali S.Yavuza dərnəyin fəaliyyəti haqqında məlumat veriblər. Qeyd olunub ki, Dərnək terrorla mübarizə istiqamətində görülən işlərdə ön sırada getməkdə qərarlıdır.

Vali isə öz növbəsində bu ziyarətdən məmnunluğunu ifadə edib. Vali “Qapımız hər zaman üzünüzə açıqdır. Sizi qonaq etmək bizim üçün şərəfdir”, – deyə əlavə edib.

Mission News Theme by Compete Themes.