Son yeniləmə: 17 Dekabr 2021 11:15
Bayraqdar.info – Dekabrın 16-da Təhsil Nazirliyi və tabe qurumların, layihələrin kommunikasiyasına dair görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya Nazirlikdən xəbər verilib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə iştirakçıları salamlayıb, onların hər birinə 2021-ci təqvim ilində səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. B.Hacızadə bildirib ki, Nazirlik və onun qurumları, eləcə də layihələrlə kommunikasiya işinin effektiv təşkili, layihələrarası əməkdaşlığın təşviqi və birgə işin genişləndirilməsi görüşün əsas məqsədlərindəndir.
“Daha sonra çıxış edən təhsil nazirinin müşaviri Elnur Nəsibov 2021-ci ildə Nazirlik və tabe qurumlar arasında mövcud kommunikasiya fəaliyyətinə toxunub. O, əlaqələrin gücləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Nazirin müşaviri təhsil siyasətinin həyata keçirilməsində qəbul edilən qərarların, yeniliklərin məqsəd və əhəmiyyətinin müvafiq kommunikasiya platformaları vasitəsilə ictimaiyyətə operativ və dolğun çatdırılmasının önəmini qeyd edib. Həmçinin 2022-ci ildə informasiyaya əlçatanlığın təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə sosial mediadan istifadənin daha da artırılmasının əsas hədəflərdən biri olduğunu nəzərə çatdırıb.
“İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz növbəsində Nazirlik və tabe qurumların, layihələrin kommunikasiyasına dair təqdimat edib. Təqdimatda o, qurumların fəaliyyətinin ictimaiyyətə vaxtında və əhatəli çatdırılması, 2022-ci il üçün kommunikasiya sənədinin hazırlanması kimi istiqamətlərə toxunub. O, Nazirlik və tabe qurumlar arasında birgə fəaliyyəti qənaətbəxş qiymətləndirib.
“Nazirliyin sosial media səhifələri üzrə bəyənilmə və izləyici sayı barədə məlumat verən sektor müdiri bildirib ki, hazırda Nazirliyin Facebook səhifəsinin bəyənilmə sayı 157 min 230, izləyici sayı isə 187 min 309-dur. Instagram üzrə izləyici sayı 79 min 100, Twitter üzrə oxucu sayı 11 mni 845, Telegramda abunəçi sayı 17 min 605, Linkedində izləyici sayı 2 min 496, Youtube kanalında isə abunəçi sayı 109 mindir.
“Tədbirdə növbəti ilə dair gözləntilərdən danışılıb, nazirliyin və tabe qurumların media resurslarından istifadə imkanları dəyərləndirilib və əsas hədəflər qeyd olunub. Görüş müzakirələrlə davam etdirilib”, – deyə xəbərdə bildirlir.