Press "Enter" to skip to content

Qırğızıstanın fövqəladə hallar naziri Azərbaycanda

Qırğızıstanın fövqəladə hallar naziri FHN Akademiyasında

Son yeniləmə: 17 Dekabr 2021 22:22

Bayraqdar.info – Dekabrın 17-də Azərbaycanda səfərdə olan Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeevin rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasına baş çəkib. O, təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olub.

Bu barədə məlumatı bayraqdar.info-ya FHN-in Mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, görüşdə nazirin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə və Akademiyanın rəisi general-mayor Baba Salayev iştirak edib.

“Akademiyanın rəisi B.Salayev qonaqları səmimi salamlayaraq rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. O bildirib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir.

Qırğızıstanın fövqəladə hallar naziri FHN Akademiyasında

“Səmimi görüşə görə təşəkkürünü bildirən qırğız qonaqlar Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib, tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlarını ifadə ediblər. Sonra qonaqlar Akademiyanın akt zalında FHN Akademiyasının fəaliyyətindən bəhs edən videoçarxı izləyiblər.

“Daha sonra qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, ali təhsil müəssisəsinin 10 illik fəaliyyətini əks etdirən Muzeyə baxıblar. Muzeylə tanış olduqdan sonra nazir Boobek Ajikeev Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.