Press "Enter" to skip to content

“Qarabağ” klubu “Zirə”ni məğlub etdi

Premyer Liqa

Son yeniləmə: 17 Dekabr 2021 09:16

Bayraqdar.info – Dekabrın 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında 2021-2022-ci il mövsümünün ilk yarısına yekun vurulub.

Azərbaycan Peşəkar Fitbol Liqasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, XIV turun son oyununda “Qarabağ” klubu “Zirə”ni qəbul edib. “Azersun Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Ağdam klubunun heyətində hər iki qolu Musa Qurbanlı vurub. On doqquz yaşlı hücumçu görüşün 6-cı və 53-cü dəqiqələrində fərqlənərək komandasına üç xal qazandırıb.

“Bu nəticədən sonra xallarını 33-ə çatdıran “Qarabağ” ən yaxın izləyicisi “Qəbələ”ni 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində möhkəmlənib. İyirmi iki xala malik “Zirə” isə “Neftçi” ilə birlikdə üçüncü və dördüncü yerləri bölüşdürür.

“Turun əvvəlki oyunlarında “Neftçi” səfərdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edib, “Keşlə” səfərdə “Sumqayıt”a 3:1, “Sabah” isə “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib”, – deyə Liqadan bildirilir.

Mission News Theme by Compete Themes.