Son yeniləmə: 17 Dekabr 2021 16:54
Bayraqdar.info – Prezident İlham Əliyev dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncam o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərə də aiddir.
Bu barədə Bayraqdar.info Prezidentin Mətbuat xifmətinə istinadla bildirir. Sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin maaşları 20 faiz artırılıb. Həmçinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları da orta hesabla 20 faiz artırılıb. Fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları isə orta hesabla 40 faiz artırılıb.