Press "Enter" to skip to content

“Özəl sektorda anti-korrupsiya standartları”

“Özəl sektorda anti-korrupsiya standartları"

Son yeniləmə: 17 Dekabr 2021 20:13

Bayraqdar.info – Dekabrın 17-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Özəl sektorda anti-korrupsiya standartları” mövzusunda seminar-müşavirə keçirilib.

Baş Prokurorluqdan bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, seminar-müşavirə hibrid formatda keçirilib. Tədbirdə Maliyyə Monitorinqi Xidməti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, vətəndaş cəmiyyəti institutları, ali təhsil ocaqları, sahibkarlıq subyektləri və digər qurumların 300-dən artıq nümayəndə iştirak edib.

Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov və Auditorlar Palatasının sədri Vahid Novruzov sahibkarlığın inkişafına və fəaliyyətinə hər hansı formada müdaxilənin qarşısının alınması ilə bağlı görülən tədbirlərdən danışıblar.

“Özəl sektorda anti-korrupsiya standartları”

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanmış “Özəl sektorda anti-korrupsiya standartları” vəsaitinin təqdimatı keçirilib. Materialda sahibkarlıq subyektlərində korrupsiyaya qarşı mübarizə, korrupsiya risklərinin idarə edilməsi, maraqlar toqquşması hallarının qarşısının alınmasından söz açılıb.

Palata nümayəndələri Altay Cəfərov, Elnur İbrahimov, Nəcəf Talıbov, Vəli Rəhimov və Səftər Vəlizadə, habelə prokurorluq əməkdaşları Tural Vəlibəyov, Pirayə Səmədzadə-Əliyeva, Anar Əliyev, Kamil Kamilli, Vasif Musayev və Vəlixan Allahverdov çıxış ediblər. Onlar korrupsiyaya qarşı mübarizədə beynəlxalq audit standartlarının rolu, risklərin qiymətləndirilməsi, auditor sübutu və d. məsələlər brədə məlumatlar veriblər.

Mission News Theme by Compete Themes.