Press "Enter" to skip to content

“Nizami Gəncəvi mədəni irsi: XXI əsr” simpoziumu bitdi

Nizami Gəncəvi mədəni irsi

Son yeniləmə: 17 Dekabr 2021 09:47

Bayraqdar.info – Dekabrın 16-da Xəzər rayonunun Zirə qəsəbəsindəki Mədəniyyət Mərkəzi–Eko Parkda Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərenerji” ASC və “Kapitalbank”ın birgə layihəsi olan “Nizami Gəncəvi mədəni irsi: XXI əsr” simpoziumun yekun tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Zirə Mədəniyyət Mərkəzi – Eko Parkın qalereya hissəsində N.Gəncəvinin “Xəmsə”si motivləri əsasında hazırlanmış əl işlərindən ibarət sərgiyə baxıblar.

Xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi tədbiri açıq elan edərək qonaqları salamlayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Nizaminin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva N.Gəncəvini Azərbaycan fəlsəfi fikrinin böyük elçisi kimi səciyyələndirib.

“Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri, şair Arif Buzovnalı Nizaminin Azərbaycan ədəbiyyatındakı rolundan danışıb. O qeyd edib ki, əbədiyaşar ideyalar müəllifi olan Nizaminin hər bir əsəri yenidən araşdırılmalıdır.

“Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, dünya neçə əsrdir Nizamini oxuyur, dərk edir, öyrənir. N.Gəncəvinin əcnəbi tədqiqatçıları şairin irsi ilə tanış olduqca Azərbaycan mütəfəkkirinin dahiliyini, insan ruhuna necə böyük təsir etdiyini vurğulayırlar: “Əcnəbi elm adamları Nizamini araşdırdıqca Azərbaycan mədəniyyətinə də baxışları dəyişir. Çünki Nizami Azərbaycan mədəniyyətinin ən layiqli təmsilçisidir. Azərbaycandakı dünyaya örnək multikultural, tolerant mühitin bir qaynağı da Nizami kimi mütəfəkkirlərin ideallarından gəlir. Nizami nə qədər bəşəri olsa da, öz kökü ilə fəxr edirdi”.

AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, millət vəkili, akademik Rafael Hüseynov Nizami Gəncəvini Azərbaycanın rəmzi adlandırıb.

Nizami Gəncəvi mədəni irsi

Çıxışlardan sonra qonaqlar mərkəzin Xalça Muzeyi tanış olublar. Muzeydə Nizaminin qəzəlləri əsasında xanəndə, Əməkdar artist Babək Niftəliyevin ifasında səslənən muğamlar tədbirə rəng qatıb.

“Daha sonra simpozium çərçivəsində elan olunan üç istiqamət üzrə əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılıb. Rəngkarlıq üzrə Əminə Rəcəbəliyeva I, Reyhan Aslanova II, Fəxri Abbasov III yerə layiq görüldü. Onlara diplom və hədiyyələr təqdim olunuub. Dekorativ-tətbiqi sənət üzrə qalib İsgəndər Məmmədov I, Səbinə İsmayılova II, Aytac Atakişiyeva isə III elan olunuub. Heykəltəraşlıq üzrə qrup işinə görə mükafat isə 6 iştirakçı arasında bölünüb.

“Mükafatlandırmadan sonra konsert proqramı təqdim olunub. Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqment, Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Fikrət Əmirovun “Nizami” baletindən fraqment, teatrının solisti, Əməkdar artist Fərid Əliyevin ifasında “Sənsiz” romansı səsləndirildi. Azərbaycan Dövlət Rəqs Ansamblı isə “Cəngavərlərin döyüş rəqsi”ni təqdim edib.

“Bədii hissə Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımovanın ifaları və qiraətçi Nadir Hüseynovun çıxışı ilə sona çatıb”, -deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.