Press "Enter" to skip to content

Nihat Büyükbaş: Azərbaycanın bu Zəfərindən sonra türklərin özünə inamı birə min artdı

Nihat Büyükbaş

Son yeniləmə: 17 Dekabr 2021 14:29

Bayraqdar.info – “Ötən əsrin 70-ci illərinin sonu 80-ci illərinin əvvəllərində mən universitet tələbəsi idim. O zamanlar “əsir türklər” deyə, müxtəlif tədbirlər keçirərdik. Biz Azərbaycandan və digər türk respublikalarından xəbər ala bilmirdik. Dərs kitablarında belə bu türk dövlətlərindən bəhs edilmirdi. Müstəqil yazarların müəllifi olduğu bir neçə kitabdan başqa biz sizlərdən hər hansı xəbər, məlumat ala bilmirdik”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyə səfirliyinin eğitim müşaviri Dr.Nihat Büyükbaş deyib.

Onun sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvələrindən artıq hər şey gün üzünə çıxdı: “Burada soydaşlarımızın olduğunu, eyni dildə danışdığımızı, eyni mədəniyyətə sahib olduğumuzu daha dəqiq görməyə başladıq. Daha sonra xaricdən dəstək alan ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımı və digər qətliamlar haqqında duyduq. Bundan çox sarsıldıq. Amma eyni zamanda, bunu beynimizin dərinlyinə həkk etdik. Həmin vaxt Türkiyə Cümhuriyyəti indiki qədər güclü deyildi. Amma zaman keçdikcə Türkiyə də gücləndi. Artıq Türkiyə bir qlobal güc halına gəlib və bundan türk dünyasının birliyi, bütövlüyü üçün istifadə edir. Eyni zamanda biz gördük ki, 44 günlük Vətən müharibəsində Türkiyə hər an Azərbaycanın yanında oldu. Azərbaycan isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbrəliyi ilə torpaqlarını işğaldan azad edərək, tarix yazdı”.

Qeyd edilib ki, Azərbaycanın bu Zəfəri Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya bir daha nümayiş etdirməklə yanaşı, türk dünyası üçün bir təkan rolunu oynadı: “Azərbaycanın bu Zəfərindən sonra türklərin özünə inamı birə min artdı. Dolayısı ilə Azərbaycanın Qarabağ zəfəri təkcə Azərbaycan türkləri üçün deyil, Anadolu türkləri, ümumilikdə türk dünyası üçün önəmli bir dönüş nöqtəsi oldu. Çünki türklər tarixdə ilk dəfə özünün istehsal etdiyi silahla, öz əsgərləri ilə, özünün yetişdirdiyi zabitlərlə, ən əsası milli vətənpərvərlik ruhunda yetişdirilmiş gənclərlə müharibədə zəfər qazandı. Özü də tarixə qızıl hərflərlə yazılacaq bir zəfər. Çünki biz tarix boyunca başqalarının istehsal etdiyi silahlarla döyüşürdük və məğlub olurduq. Bu Zəfərin fonunda mən də inamla deyirəm ki, iyirmi birinci əsr türk əsri olacaq”.

Mission News Theme by Compete Themes.