Press "Enter" to skip to content

Bakı-Tbilisi-Qars dəmiryolu nazirlərin müzakirəsində

Rəqəmsal Nazirlikdə görüş

Son yeniləmə: 17 Dekabr 2021 10:32

Bayraqdar.info – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün ölkədə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə görüşüb.

Nazirlikdən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizlərinin potensialının artırılmasının ölkələr arasında yükdaşımaların inkişafına təsiri və beynəlxalq yükdaşımalarında tətbiq olunan tariflər barədə fikir mübadiləsi aparılıb.

“Görüş zamanı, həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi müzakirə edilib. Layihə üzrə aparılan işlərin sürətləndirilməsi, icra edilmiş işlərin mərhələli şəkildə istismara qəbul edilməsi və layihənin idarəetmə strukturunda dəyişikliklərin edilməsi kimi məsələlər müzakirə predmeti olub.

“Eyni zamanda, iki ölkə arasında Bakı-Tbilisi-Qars dəmiryolu üzrə yükdaşımalarına əlavə yük həcminin cəlb edilməsi və rəqabət qabiliyyətli tariflərin müəyyən edilməsinə dair müzakirələr aparılıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.