Press "Enter" to skip to content

Nazir Norveç səfiri ilə “Mədəniyyət naminə sülh”dən danışdı

Mədəniyyət naziri və Norveç səfirinin görüşü

Son yeniləmə: 17 Dekabr 2021 21:22

Bayraqdar.info – Dekabrın 17-də mədəniyyət naziri Anar Kərimov Norveç Krallığının Türkiyə və Azərbaycandakı Erling Şönsberqlə görüşüb.

Bu barədə dekabrın 17-də bayraqdar.info-ya Mədəniyyər Nazirliyindən xəbər verilib.

Nazir ölkələr arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb. O, incəsənətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs edib. Mədəniyyət sənayeləri, kino, musiqi sahələrində Norveçin təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən danışıb.

“Səfir Erlinğ Şönsberq nazirin ona barəsində məlumat verdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal çağırışına dərin marağını ifadə edib. Layihə çərçivəsində əməkdaşlığın vacibliyindən danışıb. O, həmçinin vurğulayıb ki, mədəniyyət xalqları, ölkələri birləşdirən ən güclü vasitədir.

“Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam edib”. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.