Son yeniləmə: 17 Dekabr 2021 14:31
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cumhuriyyəti Bakı təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayram “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyində olub.
Bu barədə bayraqdar.info-ya dekabrın 17-də İctimai Bilrikdən məlumat verilib.
Bildirilib ki, Mustafa Kemal Beyazbayram birliyin sədri Emin Həsənli ilə görüşündə Vətən müharibəsindən sonra regionda yaranmış situasiya ilə bağlı fikir mübadiləsi aparıb: “Azərbaycanın 44 günlük müharibədə zəfərini yüksək dəyərləndirən təmsilçilik rəhbəri son illər Azərbaycanın türk dövlətləri birliyinin formalaşmasında xüsusi səylərini də qeyd edib”.
E.Həsənli isə öz növbəsində Azərbaycanın hər zaman türk birliyinə önəm verdiyini bir daha hörmətli qonağın diqqətinə çatdırıb. Birlik sədri KKTC-nin beynəlxalq aləmdə haqqının qorunması işində Azərbaycan cəmiyyətinin həmişə səfərbər olduğunu mədəni, iqtiadi xüsusən də mənəvi ilişkilərin daim inkişaf etdiriləcəyini də xüsusi vurğulayıb. E.Həsənli “harda bir türk varsa biz ordayıq”, – deyə əlavə edib.
Görüşdə tərəflər digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.