Press "Enter" to skip to content

İlham Əliyev Aleksey Overçuku qəbul edib

Prezident qəbul keçirdi

Son yeniləmə: 17 Dekabr 2021 12:23

Bayraqdar.info – Prezident İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Məlumatı dekabrın 17-də Prezidentin Mətbuat xidməti yayıb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olunub. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Mlumatda bildirilir ki, daha sonra Prezidentlər – İlham Əliyevlə Vladimir Putinin Soçi görüşü məmnunluqla xatırlanıb. A.Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq üzrə ilin yekunlarının müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı.

Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın fəaliyyətinə toxunulub, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olunub. Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.