Press "Enter" to skip to content

HP ən çox qadın namizədlə çeçkiyə gedir

Son yeniləmə: 17 Dekabr 2021 14:30

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yanvarın 23-də keçiriləcək növbədənkənar parlament seçkiləri növbəti mərhələyə qədəm qoyub. Artıq partiyaların namizədləri bəllidir.

Bu arada məlum olub ki, seçkiöncəsi qadınların siyasi fəallığı artıb. Bu özünü partiyaların millət vəkililliyinə namizəd siyahılarında da göstərir.

KKTC mediasının məlumatına görə, bu məsələdə Xalqın Partiyası (HP) xüsusilə fərqlənir. Belə ki, HP bu dəfə ən çox qadın namizədlə seçkiyə gedən partiya kimi KKTC tarixinə düşəcək.

Məsələ ilə bağlı açıqlama verəm HP genel başqanı Kudret Özersay seçkiyə 18 qadın namizədlə getdiklərini deyib.

Hazırda parlamentdə 3 qadın və 3 kişi millət vəkili ilə təmsil olunan partiyanın bu addımı atması heç də təsadüfi deyil.

Yuxarıda da vurğuladığımız kimi KKTC-də seçki öncəsi qadınların siyasi fəallığı hiss olunur. HP də qadın namizədlərə üstünlük verməklə daha çox səs qazanmağı hədəfləyir.

Mission News Theme by Compete Themes.