Press "Enter" to skip to content

Ceyhun Bayramovla Vladimir Makey arasında telefon danışığı

Son yeniləmə: 17 Dekabr 2021 11:43

Bayraqdar.info – Dekabrın 17-də xarici işlər naziri Ceyhun Bayramovun Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, tərəflər, Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Nazir V.Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər, həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.