Son yeniləmə: 17 Dekabr 2021 14:19
Bayraqdar.info – Özünüməşğulluq proqramı çərçivəsində Bakıda daha 200 şəxsə aktivlər təqdim edilib. Xatərladaq ki, bu proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir.
ƏƏSMN-dən bayraqdar.info-ya bildirilib ki, verilmiş avadanlıqlar hesabına onlar üçün istehsal-xidmət sahəsi üzrəkiçik bizneslər yaradılıb.Aktivlərlə təmin olunan şəxslərin mühüm hissəsini şəhid ailəsi üzvəri, müharibə iştirakçıları təşkil edir.
Qeyd olunub ki, paytaxtla yanaşı, bölgələrdə də özünüməşğulluq proqramı əsasında aktivlərlə təminat prosesi davam edir. Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.
Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.
Ümumilikdə bu il üzrə 16 min şəxsin proqrama cəlb olunması nəzərdə tutulub.