Son yeniləmə: 17 Dekabr 2021 13:00
Bayraqdar.info – Dekabr-ın 16-da Özbəkistanın Daşkənd şəhərində hibrid formatda Özbəkistan Prokurorluğunun yaradılmasının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Bu barədə dekabrın 17-də Baş Prokurorluqdan bayraqdar.info-ya məlumat verilib.
Müxtəlif ölkələrin hüquq mühafizə orqanlarının rəhbərləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanı Baş prokurorun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti videokonfrans vasitəsilə təmsil olunub.
“E.Camalov çıxış edərək Özbəkistan Prokurorluğunun yaradılmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. Daha sonra o, “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi barədə konfrans iştirakçılarına geniş məlumat verib.
“Bundan sonra Konfrans öz işini prokurorluq orqanlarının müxtəlif sahələrdə fəaliyyətinə həsr olunmuş panel müzakirələri formatında davam etdirib”, – deyə məlumatda qeyd edilib.