Press "Enter" to skip to content

Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı İşçi Qrupu yanvardan fəaliyyətdə

Azərbaycan-Macarıstan KTN Forumu

Son yeniləmə: 17 Dekabr 2021 13:00

Bayraqdar.info – Bakıda Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib. Forumda hər iki ölkədən aidiyyəti qurumların nümayəndələri, kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin rəhbərləri iştirak ediblər.

Bu barədə məlumat bayraqdar.info-ya dekabrın 17-də Kənd Təsərrüfatı Nazirliyindən verilib.

Forumun açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışıb. O, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında mühüm rola malik olduğunu qeyd edərək aqrar sahənin inkişafının ölkədə prioritet olduğunu diqqətə çatdırıb.

“Tədbirdə bildirilib ki, Azərbaycanda kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlərin, o cümlədən Macarıstan şirkətləri üçün geniş investisiya imkanları yaradır.

“Nazir 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladıb: “Qarşıdakı illər üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Bu ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları elan edilib. Bu ərazilərdə kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və Ağıllı kənd” konsepsiyasına əsaslanacaq. Macarıstan şirkətləri ən yaxşı texnologiya və təcrübələrini Azərbaycanla bölüşə bilərlər”.

“Biznes forumda çıxış edən Macarıstan kənd təsərrüfatı naziri İstvan Nagy Azərbycanla əlaqələrin yüksək səviyyəsindən danışıb. O, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib.  Azərbaycanla Macarıstan qarşılıqlı ticarət dövriyyəsini artırmağa çalışmalıdır. Bu sahədə əsas məsuliyyət həm də böyük şirkətlərin üzərinə düşür. Ümidvaram ki, biznes forum çərçivəsində Macarıstan və Azərbaycandan olan iş adamlarının keçirəcəyi təkbətək görüşlər, aparacaqları fikir mübadiləsi yekunda iki ölkə arasında əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək”.

“Daha sonra biznes forumda Azərbaycan və Macarıstan kənd təsərrüfatı potensialına həsr olunmuş təqdimatlar keçirilib”, – deyə xəbərdə bildirilir.

 

Azərbaycan-Macarıstan KTN görüş

Daha sonra bildirlib ki, tədbirin açılış mərasimindən sonra Azərbaycan və Macarıstan kənd təsərrüfatı nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. Azərbaycan-Macarıstan kənd təsərrüfatı məsələləri üzrə İşçi Qrupun ilk iclasının nəticələrinin yüksək dəyərləndirən tərəflər növbəti iclasın yanvar ayında keçirilməsi barədə ilkin razılaşma əldə ediblər. Müzakirələrdə hər iki ölkənin aqrar təhsil, aqrar tədqiqatlar və heyvandarlıqda süni mayalanma sahəsində texnologiya mübadiləsi barədə əməkdaşlıq məsələlərinə də toxunulub. Forum işini panel sessiyalarda davam etdirib.

Mission News Theme by Compete Themes.