Son yeniləmə: 16 Dekabr 2021 12:57
Bayraqdar.info – Dekabrın 15-də Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib. Konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda nazir Fərid Qayıbov işiştirak edərək onlara uğurlar arzulayıb.
Nazilrikdən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Federasiyanın baş katibi Emin Cəfərov Federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca Federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Atıcılıq Federasiyasının yeni prezidenti seçilib.
“Konfransda həmçinin, İsmət Əliyev və Zemfira Meftahəddinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.
“Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
“Sonda Vilayət Eyvazov çıxış edərək göstərilən etimada görə təşəkkür edib. Bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib”, – deyə xəbərdə qeyd edilir.