Son yeniləmə: 16 Dekabr 2021 12:45
Bayraqdar.info – Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət Mükafatı laureatı Səfurə İbrahimovanın xatirəsinə həsr olunmuş fotosərgi təşkil edilib.
Fonddan dekabrın 16-da bayraqdar.info-ya verilən məlumata görə, fotosərgidə görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən nadir fotolar nümayiş olunur. Qeyd edək ki, Xalq artisti S.İbrahimova “Bizim küçə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Sevil”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Tütək səsi”, “Qayınana” və s. bədii filmlərdə yaddaqalan surətlər yaradıb.
Xatırladaq ki, dekabrın 21-də Səfurə İbrahimovanın vəfatından bir il keçir.