Press "Enter" to skip to content

Nizami Gəncəvi yaradıcılığı “Azərkitab”da

"Azərkitab"da tədbir

Son yeniləmə: 16 Dekabr 2021 09:47

Bayraqdar.info – “Azərkitab” Kitab Mərkəzində “Nizami Gəncəvi əsərlərində ümumbəşəri dəyərlər və mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil edilib.

Məlumat bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Tədbirin məqsədi dahi mütəfəkkirin yaradıcılığının dünya ədəbiyyatı, elm, mədəniyyət və incəsənətinin inkişafında rolu, zəngin fəlsəfi irsinin müzakirəsi idi.

“Tədbiri Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli açıb. Tədbirdə Norveçli tərcüməçi, N.Gəncəvi tədqiqatçısı Raqnhild Tori, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva və digərləri iştirak ediblər.

“R.Thori N.Gəncəvinin “Leyli və Məcnun” əsərini kiçik yaşlı oxucuların anlayacağı üsluba uyğunlaşdırmış və zəngin miniatürlərlə bəzədilmiş kitabın 2012-ci ildən etibarən müxtəlif vaxtlarda cəmi 6 min 600 nüsxədə 3 dildə nəşr olunduğunu bildirib. Azərbaycanda olarkən yığcam formaya salınmış əsərin Gəncə şəhərində təhsil alan məktəblilər tərəfindən xarici dildə səsləndirildiyi və Şəkinin Kiş qəsəbəsində uşaqların ifasında səhnələşdirildiyi barədə məlumat verib.

“Daha sonra tədbir ədəbi-bədii hissə ilə davam edib. Hibrid formatda canlı və onlayn təşkil olunan tədbiri “ZOOM” plotforması vasitəsilə 100-dən artəq izləyici izləyib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.