Press "Enter" to skip to content

“Naxçıvanın uğurlu təcrübəsində mediasiya proseslərinə praktiki baxış”

Son yeniləmə: 16 Dekabr 2021 11:09

Bayraqdar.info – “Naxçıvan MR-nın uğurlu təcrübəsində mediasiya proseslərinə praktiki baxış” mövzusunda görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya dekabrın 16-da Mediasiya Şurasından məlumat verilib.

Bildirilib ki, görüşdə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Naxçıvanda mediasiya istahatları, mediasiya praktikasından geniş söz açıb. O qeyd edib ki, mediasiya praktikasının yeni öyrənilməsinə baxmayaraq, Naxçıvan mediatorları bu qısa zamanda Mediasiya praktikası üçün çox önəmli olan nəticələrə imza atıblar. Bu nümunələrin öyrənilməsi və tətbiq edilməsi çox mühümdür.

Daha sonra Mediasiya Şurasının Naxçıvan MR üzrə kuratoru Yusif Həsənov Naxçıvanda mediasiya təcrübəsini, mediasiya işlərində kargüzarlıq işlərinin aparılması qaydalarınından bəhs edib. O, ümümi statistikanı görüş iştirakçılarının diqqətnə çatdırıb.

Daha sonra, Naxçıvan MR -da fəaliyyət göstərən mediatorlardan Mahir Sadıqov, Orxan Abbasov mediasiya təcrübələrini görüş iştirakçıları ilə bölüşüblər.

Sonra Naxçıvan təcrübəsi ilə bağlı suallar cavablandırılıb və suallar ətrafında müzakirələr aparılıb. Naxçıvanda qurulmuş nümunəvi mediasiya proseslərinə görə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Naxçıvan mediatorlarına dərin təşəkkür edib.

Mission News Theme by Compete Themes.