Press "Enter" to skip to content

Fumiqasiya tədbirləri görülür

Fumiqasiya tədbirləri

Son yeniləmə: 16 Dekabr 2021 12:39

Bayraqdar.info – Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən noyabr ayı ərzində fiziki və hüquqi şəxslərin müraciəti əsasında Respublika ərazisində fumiqasiya işləri aparıb. 42 min 605 m3 saxlanma yeri, 1948 m3 yaş meyvə- tərəvəz (xüsusi kameralar və digər hermetik yerlər), 48 min m2 istixana zərərsizləşdirilib. 24 min 847 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar, 24 min 611.46 m3 meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s) fumiqasiya edilib.

Bu məlumat bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən təqdim edilib.

“Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

“Bildiririk ki, mərkəzin fumiqasiya dəstələri tərəfindən sahibkarların müraciəti əsasında beynəlxalq standartların tələblərinə və mövcud təlimata uyğun olaraq operativ və keyfiyyətli fumiqasiya tədbirləri həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (Tel: 012-563-58-45 (daxili:126); 050-644-74-15; 070-965-62-14, (fumiqasiya@axa.gov.az) müraciət edə bilərlər”, – deyə KTN-dən bildirilir.

Mission News Theme by Compete Themes.