Press "Enter" to skip to content

Azərbaycanda çalışmış Erek Çağatay yenidən namizəddir

Erek Çağatay

Son yeniləmə: 15 Dekabr 2021 17:53

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yanvarın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir. Artıq partiyalar namizədlərini bəlli ediblər.

Bu arada onu da qeyd edək ki, namizədlər arasında Azərbaycana yaxından tanış olanlar da var. Bunlardan biri də Erek Çağataydır. Hazırda mövcud hökumətə müxalifətdə olan Xalqın Partiyasından (HP) millət vəkili olan E.Çağataya partiya növbəti dəfə etimad göstərib. Onun adı yanvarın 23-də keçiriləcək seçkilərdə partiyanın Girnədəki namizəd siyahısında ilk sırada gəlir.

Məlumat üçün bildirək ki, ixtisasca diplomat olan E.Çağatay 1 sentyabr 2006-cı ildən 31 avqust 2010-cu ilə qədər KKTC-nin Bakı nümayəndəliyində çalışıb.

1978-1983-cü illərdə KKTC-nin baş naziri olmuş Mustafa Çağatayın oğlu Erek Çağatay 1974-cü ildə Limassolda anadan olub. 1992-ci ildə Türkiyə Maarif Kollecini bitirən E.Çağatay ali təhsilini 1997-ci ildə İstanbul Universitetinin Siyasi Elmlər Fakültəsi Beynəlxalq Münasibətlər bölməsində bitirib.

Diplomat kimi fəaliyyətə 2003-cü ildə Xarici İşlər Nazirliyində xarici işlər dairəsində üçüncü katib olaraq başlayan E.Çağatay zəngin diplomatik fəaliyyətə malikdir. O, 15 iyun 2013 – 31 noyabr 2017-ci il tarixləri arasında KKTC İstanbul Baş Konsulluğunda konsul vəzifəsində çalışıb.

Mission News Theme by Compete Themes.