Press "Enter" to skip to content

Azərbaycan və Ermənistan rəhbərləri daha bir dəfə görüşdülər

İlham Əliyev, Emmanuel Makron və Nikol Paşinyan

Bayraqdar.info – Brüsseldə daha bir üçtərəfli görüş olub. Dekabrın 15-də gec saatlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə görüşüb.

Bu haqda xəbəri müxtəlif media qurumları yayıb. Xəbərdə hər hansı ayrıntı olmasa da üçtərəfli görüşdən foto paylaşılır. Biz də gün ərzində bu görüşlə bağlı gəlişmələri izləyib dəyərli oxucularımıza təqdim etməyə çalışacağıq.

Əlavə edək ki, Prezident İ.Əliyev dekabrın 13-ü gecə vaxtı Brüsselə səfər edib. Burada o, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı iştirakçı dövlətlərinin Zirvə görüşündə iştirak edib. Zirvə ərəfəsində isə İ.Əliyev Ermənistanın Baş naziri N.Paşinynla üçtərəfli və ikitərəfli görüşdə iştirak edib. Bu görüşlər plan üzrə baş tutub. Lakin Fransa Prezidentinin iştirakilə görüş, belə anlaşılır ki, plandan kənar keçirilib.

Mission News Theme by Compete Themes.