Press "Enter" to skip to content

Azərbaycan üzgüçüləri dünya çempionatında

Üzgüçülük yarışı

Son yeniləmə: 16 Dekabr 2021 11:03

Bayraqdar.info – Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatına başlanılıb.

Azərbaycan Üzgüçülük Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Azərbaycan yarışda 4 idmançı ilə təmsil olunur. Bunlar Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatimə Alkərəmova və Məryəm Şeyxəlizadəxangahdır.

Yarışçılardan R.Vəlizadə, R. Alquliyev və F.Alkərəmova dekabrın 16-da, M.Şeyxəlizadəxangah isə dekabrın 18-də mübarizəyə başlayacaqlar.

“Artıq F.Alkərəmova mundialda mübarizəyə başlayıb. O, 200 metr məsafəyə sərbəst üsulla üzmədə 2 dəqiqə 7,65 saniyə nəticə göstərib. Ümumi sıralamada 50 idmançı arasında 39-cu pillədə qərarlaşan üzgüçü finala yüksələ bilməyib. F.Alkərəmova 400 metr sərbəst üsulla üzmədə də qüvvəsini sınayacaq.

“R.Vəlizadə 100 və 200 metr butterfly üsulu ilə üzmədə, R.Alquliyev 400 metr qarışıq və 100 metr arxasıüstə üzmə yarışında yer alacaq. M.Şeyxəlizadəxangah isə 50 və 100 metr məsafəni butterfly üsulu ilə qət etməyə çalışacaq.

“Qeyd edək ki, dünya çempionatı dekabrın 21-də başa çatacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.