Son yeniləmə: 16 Dekabr 2021 12:17
Bayraqdar.info – Azərbaycan üzgüçüləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında dekabrın 16-sı üçün nəzərdə tutulan çıxışlarını başa vurublar.
Azərbaycan Üzgüçülük Federasiyasından bayraqdar.info-ya verilən xəbərə Rəşad Alquliyev 100 metr məsafəyə arxasıüstə üzmədə 58,96 saniyə nəticə göstərib. Birinci qrupda 6 idmançı arasında 3-cü olan Alquliyev ümumi sıralamada 56 idmançı arasında 53-cü yeri tutub və yarımfinala vəsiqə qazana bilməyib.
Ramil Vəlizadə isə 200 mert məsafəni butterflay üsulu ilə 1 dəqiqə 59,74 saniyəyə qət edib. Öz qrupunda 10 idmançı arasında 9-cu olan Vəlizadə 42 üzgüçü arasında 30-cu yerlə kifayətlənib və final şansını itirib.
Federasiyadan bildirilir ki, dünya çempionatı dekabrın 21-də başa çatacaq.