Son yeniləmə: 16 Dekabr 2021 13:16
Bayraqdar.info – İşğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri davam etdirilir. Eyni zmaanda, məlumat verildiyi kimi, Ağdam Sənaye Parkında sosial zonanın yaradılması işləri yekunlaşıb.
İqtisadiyyat Nazirliyindən dekabrın 16-da bayaraqdar.info-ya verilən məlumata əsasən, hazırda Ağdam şəhərinin konsepsiyasına uyğun olaraq, Sənaye Parkının meşə zolağının salınması istiqamətində işlər davam etdirilir. Buranın suvarılmasında tamamilə “yaşıl enerji”dən istifadə edilir.
Belə ki, Ağdam Sənaye Parkının sosial zonasında quraşdırılmış Azərbaycan istehsalı olan günəş panelləri və batareyaları suyun damlama suvarma sistemi vasitəsilə paylanması üçün tələb olunan elektrik enerjisini təmin edir.
Qeyd edək ki, Ağdam Sənaye Parkında sosial zonanın işıqlandırılmasında da tam olaraq günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Eyni zamanda, gələcəkdə Sənaye Parkının elektrik təminatında da günəş enerjisindən istifadə edilməsi planlaşdırılır.