Son yeniləmə: 16 Dekabr 2021 14:26
Bayraqdar.info – Dekabrın 15-də mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS – İnternational Council on Monuments and Sites) Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudova arasında görüş keçirildi.
Məlumat dekabrın 16-da bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.
Görüşdə mədəni irsin mühafizəsi, abidələrin qorunması, bərpa və konservasiya işləri sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində Azərbaycan və İCOMOS arasında işbirliyinin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu sahədə birgə layihələrin həyata keçirilməsi, maarifləndirmə işinə diqqət ayrılması kimi məsələlər müzakirə edilib.