Press "Enter" to skip to content

“Zirə” klubu Türkiyəyə oyuna gedəcək

Zirə Futbol Klubu

Son yeniləmə: 15 Dekabr 2021 10:05

Bayraqdar.info – Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” Futbol Klubunun qış hazırlıq planı müəyyənləşib. Liqadan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Bakı təmsilçisi təlim-məşq toplanışı məqsədilə Türkiyəyə üz tutacaq.

“Baş məşqçi Rəşad Sadıqovun komandası yanvarın 5-də qardaş ölkəyə yollanacaq və Antalyanın Lara bölgəsində məskunlaşacaq. Yanvarın 25-dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Hələlik rəqiblərin adları dəqiqləşməyib.

“Qeyd edək ki, “Zirə” qış fasiləsinə bir tur qalmış hazırda 22 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.