Son yeniləmə: 15 Dekabr 2021 16:51
Bayraqdar.info – Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. İki ölkə arasında Preferensial Ticarət Sazişinin əhatə dairənin genişləndirilməsi istiqamətində işlər aparılır və bu,iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradacaq.
Bu fikirlər iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşündə səsləndirilib.
İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya dekabrın 15-də verilən məlumata görə, nazir M.Cabbarov dövlət başçılarının siyasi iradəsinin, dostluq və qardaşlıq münasibətlərinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. İki ölkə arasında Preferensial Ticarət Sazişinin əhatə dairənin genişləndirilməsi istiqamətində işlər aparılır və bu,iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradacaq.
Qardaş ölkələr arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə 1-ci yerdədir. Azərbaycanda qeyri-neft sektoruna investisiya yatıran ölkə isə Türkiyədir.İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətləri fəallıq göstərirlər və bu, qardaşlığımzı bir daha nümayiş etdirir.
Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrin qurulmasında rolu və müxtəlif sahələrdə tərəfdaşlığın gücləndirilməsi potensialı diqqətə çatdırılıb.
Türkiyənin ticarət naziri Mehmet Muşölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb,Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri bardə fikirlərini bildirib.
Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.