Son yeniləmə: 15 Dekabr 2021 13:41
Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev dekabrın 24-də saat 16:00-da Abşeron, Qobustan rayonları və Sumqayıt şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, qeyd olunan şəhər və rayonların sakinləri 15 -21 dekabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng və ya elektron müraciət etməklə videoqəbula yazıla bilərlər.