Son yeniləmə: 15 Dekabr 2021 19:11
Bayraqdar.info – Kənd Təəsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanda iribuynuzlu heyvanlar arasında süni mayalanma, heyvanlara qulluq və bəslənmə” mövzusunda təlim keçirilib. Təlim türkiyəli mütəxəssislər tərəfindən işğaldan azad olunmuş rayonlar üzrə 12 nəfərə keçirilib. Təlim Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi (Türkiye Cumhuriyeti Tarım ve Orman Bakanlığı) əməkdaşlığı çərçivəsində baş tutub.
Bu barədə bayraqdar.info-ya dekabrın 15-də KTN-dən məlumat verilib.
“Həmin mütəxəssislərin praktiki biliklərinin artırılması, əlavə təcrübənin əldə edilməsi məqsədilə Nazirliyin Respublika Süni Mayalanma Mərkəzində “Respublikada iribuynuzlu heyvanların süni mayalanması” mövzusunda təlim keçirilib. Təlimin əsas mövzusu və məqsədi gələcəkdə işğaldan azad edilmiş ərazilərdə biotexnologiyanın tətbiqini həyata keçirməklə heyvandarlığın inkişafına nail olmaq, yüksək peşəkar süni mayalanma mütəxəssisləri hazırlamaqdır. Təlimlər Mərkəzin təcrübəli mütəxəssisləri tərəfindən keçirilib.
Təlimin sonunda iştirakçılara sertifikat, süni mayalanma ləvazimatları və ilkin mərhələdə işə başlamaları üçün hədiyyə olaraq buğa toxumu və azot verilib”, – deyə xəbərdə bildirilir.