Press "Enter" to skip to content

Orxan Məmmədov Saleh Əl-Rəşid ilə görüşüb

Son yeniləmə: 15 Dekabr 2021 13:37

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun ərəb ölkələrinə səfəri davam edir. Səfrə çərçivəsində Orxan Məmmədov və Səudiyyə Ərəbistanın Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) rəhbəri Saleh Əl-Rəşid arasında görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya dekabrın 15-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığa, biznes şəbəkələri arasında əlaqələrin genişləndirilməsinə, Azərbaycana investisiya qoyuluşunda maraqlı olan xarici iş adamlarına KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.