Press "Enter" to skip to content

Muğam Mərkəzi ilə Macarıstanın Mədəni İrs Evi arasında Memorandum

Beynəlxalq Muğam Mərkəzi

Son yeniləmə: 15 Dekabr 2021 12:57

Bayraqdar.info – Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Macarıstanın Mədəni İrs Evi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Xəbər bayraqdar.info-ya dekabrın 15-də Beynəlxalq Muğam Mərkəzindən verilib.

BMM-də keçirilən imzalanma mərasimində Mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov qonağa təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib.

“O bildirib ki, milli–mədəni irsə dövlətin göstərdiyi diqqət, muğam sənətinin dünyada təbliği istiqamətində Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan musiqisi dünyanı fəth edir.

“Direktor həmçinin musiqinin müxtəlif sahələrində birgə əməkdaşlığın perspektivlərindən söz açıb. Muğam sənəti və milli musiqimizlə bağlı məqamları qonağın diqqətinə təqdim edib. Vurğulayıb ki, BMM öz fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verir. Bu mənada memorandumun imzalanması Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin genişlənməsinə, hər iki mədəniyyətlərin qarşılıqlı təbliğinə həmçinin muğam sənətinin və bütövlükdə Azərbaycan musiqisinin təbliğinə töhfə verəcək.

“Macarıstanın Mədəni İrs Evinin direktoru Pal İştvan əməkdaşlıq, həmçinin həyata keçirilə biləcək layihələrlə bağlı fikirlərini bölüşüb.

“Görüş zamanı iki təşkilat arasında qarşılıqlı layihələrin təşkili, həm Macarıstan, həm də Azərbaycanda təşkil edilən festivallarda qarşılıqlı sənət mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı hər iki xalqın milli musiqisinin təbliği baxımından qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.