Press "Enter" to skip to content

Mevlüt Çavuşoğlundan sərt reaksiya

Mevlüt Çavuşoğlu

Son yeniləmə: 15 Dekabr 2021 02:45

Bayraqdar.info – “Bosniya və Herseqovinadakı iki qurumdan biri olan Serb Respublikasında yerli şuranın qəbul etdiyi qərar təhlükəlidir və regionun sabitliyini təhdid edir”.

Balkan News xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib.

Türkiyə Böyük Millət Məclisindəki çıxışında M.Çavuşoğlu Balkanlarda 30 illik sabitliyin ciddi risk altında olduğunu deyib.

Öz növbəsində M.Çavuşoğlunun fikirlərinə geniş yer verən Reuters agentliyi Serb lideri Milorad Dodikin rəhbərliyi ilə qəbul edilən və qurumun Bosniya və Herseqovina Silahlı Qüvvələri, məhkəmə sistemi və vergi idarəsindən çıxarılmasını nəzərdə tutan qərarın Serb hissəsinin Bosniya və Herseqovinanın tərkibindən çıxmasına yol açdığını yazıb.

Reuters Almaniya hökumətinin Serb lideri Milorad Dodikə qarşı sanksiya tələb etdiyinə də diqqət çəkib.

Serb parlamentinin yerli hökumətə altı ay ərzində dövlət qurumlarından çıxmaq və paralel qurumlar yaratmaq səlahiyyətinin verilməsi barədə qərarı Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən də pislənilib.

Mission News Theme by Compete Themes.