Son yeniləmə: 15 Dekabr 2021 12:32
Bayraqdar.info – Dekabrın 15-də saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” işçi qrupunun videokonfrans formatında iclasının keçirilməsi nəzərdə tutulub.
Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən bildirilib. İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tapşırıqlarla bağlı görülmüş işlər, həmçinin işçi qrupunun əvvəlki iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək. Qeyd edilir ki, bundan əlavə, işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi də nəzərdə tutulur. İclasın gündəliyi ilə buradan tanış olmaq mümkündür.