Press "Enter" to skip to content

Emin Həsənli: Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığından bəhs etdim

Son yeniləmə: 15 Dekabr 2021 14:21

Bayraqdar.info – “Sədri olduğum “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Türkiyənin hərbi yönümlü ictimai birlikləri ilə sıx əlaqələri var. Hər dəfə Türkiyəyə səfər edən zaman çoxsaylı görüşlər keçiririk. Bu dəfə də Türkiyənin hərbi dərnəklərində müxtəlif görüşlərimiz də oldu”.

Bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Türkiyəyə bu dəfəki səfərin məqsədinin Vətən müharibəsində zəfərimizin ildönümü münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək olduğunu deyən E.Həsənli daha sonra bildirib: “Türkiyə Müharibə Qaziləri Dərnəyinin yeni yaradılmış İstanbul Avcılar şöbəsinin başqanı Nureddin Ağoğlu, İstanbul şöbəsinin rəhbəri Ehmed Kendigerli ilə də görüşümüz oldu. Ehtiyatda Olan Zabitlər Birliyində ehtiyatda olan jandarma generalı Ümid Yılmaz, təşkilatın sabiq başqanı, Kıbrıs hərəkatı qazisi ehtiyatda olan general Cumur Elgizlə, Türkiyənin Milliyətçi Həkimlər Dərnəyini başqanı Semuh Uşaqlıoğlu ilə görüşdük. Görüşlərdə Vətən müharibəsində Azərbaycana dəstək olduqları üçün onlara təşəkkürlərimiz çatdırdım. Semuh Uşaqlıoğluna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim etdik”.

Müsahibimiz deyib ki, səfər çərçivəsində Ankarada da dərnəklərin genel mərkəzlərində və siyasi partiyalarda bir sıra görüşlər keçirilib: “1984-cü ildən fəaliyyət göstərən Müharibə Qazilər Dərnəyinin genel başqanı və idarə heyətinin üzvləri ilə görüşlərimiz oldu. Qeyd etmək istəyirəm ki, bu təşkilatın Türkiyənin bütün bölgələrində şöbələri faəliyyət göstərir. Bundan sonra Ehtiyatda Olan Zabitlər Birliyinin başqanı, ehtiyatda olan general – pokovnik Erdoğan Karakuş və birliyin idarə heyətinin üzvləri ilə görüşlərimiz baş tutdu”.

E.Həsənli dəvət olunduğu Ehtiyatda olan Gizirlər Birliyinin qurultayında da iştirak edib: “Qurultaydakı çıxışımda Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığından və bütün sahələri əhatə edən əməkdaşlıqlardan bəhs etdim. Bu qurultay iştirakçılarında xüsusi ovqat yaratdı. Səfər çərçivəsində eyni zamanda Milliyetçi Hərakat Partiyasının sədr müavini Dr. Pelin Yılıkilə görüşümüz maraqlı alındı. Bu görüşdə də Vətən müharibəsi vaxtı göstərdikləri mənəvi dəstəyə görə, təşəkkürlərimizi çatdırdıq”.

Mission News Theme by Compete Themes.